20 Mart 01:31 Nazarov komandasının qələbəsində iştirak etdi
FUTBOL xəbərləri 20 Mart 01:31
768 baxış

Nazarov komandasının qələbəsində iştirak etdi

Almaniya II Bundesliqasında XXVII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun forma geyindiyi “Erzgebirge” də növbəti oyununa çıxıb.

 

Aue təmsilçisi doğma divarlar arasında “Furt”la qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Matça start heyətində başlayan Nazarov 84-cü dəqiqədə əvəzlənib. O, komandasının ilk qolunun vurulmasında fəal iştirak edib. Belə ki, Dmitrinin dirəkdən dönən zərbəsindən sonra komanda yoldaşı Köpke təkrar vuruşla hesabı açıb.

 

Qeyd edək ki, 27 oyundan sonra aktivində 33 xal olan “Erzgebirge” turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Xəbər lenti