“Neftçi” çempionluq uğrunda mübarizədə 352 gündür uduzmayan “Olimpik”ə qarşı
11.04.2008 - 10:29
“Neftçi” çempionluq uğrunda mübarizədə 352 gündür uduzmayan “Olimpik”ə qarşı
“Neftçi” üçün qarşıdakı görüşün prinsipiallığı həm də ötən ilin mayın 17-də “Olimpik” ilə “Şəfa” stadionunda keçirilən matçla bağlıdır. Məsələ ondadır ki, flaqmanın həmin oyunda 1:2 hesabı ilə məğlub olması, sonda çempionluğu itirmək bahasına başa gəldi. “Olimpik” isə həmin matçdan bu yana Premyer Liqada uduzmur və hazırda ən yaxın izləyicisi olan “Neftçi”dən 4 xal irəlidədir. Yalnız kubokda “Xəzər-Lənkəran”a (0:2) yenilən Əsgər Abdullayevin çalışdırdığı komanda artıq 352 gündür məğlub olmur. “Xəzər-Lənkəran” – “İnter” görüşü 3-cü yer uğrunda mübarizədə həlledici rol oynayacaq. Meydan sahibləri qələbə qazanmaqla, rəqibi ilə xalları bərabərləşdirib, 3-cü pillə yüksələcək. Belə ki, ilk dövrədə “Şəfa” stadionunda heç-heçə qeydə alındığından, “Xəzər-Lənkəran” şəxsi görüşlərdə üstünlük qazanacaq. “Karvan” – “Standard” görüşünü prinsipiallaşdıran məqam Yunis Hüseynovla bağlıdır. Cari mövsümün ilk dövrəsində “Standard”ı çalışdıran 43 yaşlı mütəxəssis qış fasiləsində yenidən “Karvan”ın sükanı arxasına qayıdıb.

12 aprel

“Turan” – “Masallı”

Tovuz. Şəhər stadionu
İlk dövrədəki oyun – 1:3

ABN – “Gənclərbirliyi”
Bərdə. Şəhər stadionu
İlk dövrədəki oyun – 0:4

“Karvan” – “Standard”
Yevlax. Şəhər stadionu
İlk dövrədəki oyun – 2:1

13 aprel

“Olimpik” – “Neftçi”

Bakı. “Şəfa” stadionu
İlk dövrədəki oyun – 0:0

“Qarabağ” – “Qəbələ”
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
İlk dövrədəki oyun – 2:1

“Xəzər-Lənkəran” – “İnter”
Lənkəran. Mərkəzi şəhər stadionu
İlk dövrədəki oyun – 2:2

“Simurq” – “Bakı”
Qax. Şəhər stadionu
İlk dövrədəki oyun – 1:1

Turnir cədvəli

Klub

o

q

h

m

t

x

1

Olimpik

19

15

4

0

25-3

49

2

Neftçi

19

14

3

2

37-16

45

3

İnter

19

12

4

3

37-13

40

4

Xəzər-Lənkəran

19

10

7

2

34-14

37

5

Simurq

19

9

3

7

28-21

30

6

Qəbələ

19

9

1

9

24-23

28

7

Bakı

19

7

6

6

26-19

27

8

Qarabağ

19

7

6

6

18-14

27

9

Masallı

19

6

3

10

21-34

21

10

Standard

19

5

6

8

23-20

21

11

Karvan

19

6

2

11

16-21

20

12

Turan

19

3

3

13

13-35

12

13

ABN

19

1

6

12

9-34

9

14

Gənclərbirliyi

19

2

0

17

12-56

6



Bombardirlər: Branimir Subaşiç (“Neftçi”), Xaqani Məmmədov (“İnter”) - 14, Junivan Suares (Olimpik) - 11.
“Xəzər-Lənkəran” – “İnter” görüşü saat 18:00-da, digər qarşılaşmalar 16:00-da başlayacaq. “Olimpik” – “Neftçi” matçı İTV ilə canlı yayımlanacaq.
0