[b]“Neftçi” Əhmədova tapşırıldı[/b]
21.08.2017 - 16:46
[b]“Neftçi” Əhmədova tapşırıldı[/b]

"Neftçi"ni "Kəpəz"lə oyuna Elşad Əhmədovun rəhbərliyi altında hazırlaşacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "Neftçi” Azərbaycan Premyer Liqasının III turu çərçivəsində "Kəpəz” klubu ilə keçiriləcək oyunun hazırlığına sabah start verəcək.

 

Komandanı oyuna əvəzedici heyətin baş məşqçisi Elşad Əhmədov və əsas komandanın məşqçilər heyəti hazırlaşdıracaq.

 

Qeyd edək ki, "Neftçi” – "Kəpəz” matçı avqustun 25-də 8-ci km qəsəbə stadionunda keçiriləcək.

 

0