13 Fevral 15:00 “Neftçi” ilə oyuna yeni transfersiz
FUTBOL xəbərləri 13 Fevral 15:00
508 baxış

“Neftçi” ilə oyuna yeni transfersiz

Ötən turda “Zirə” ilə qarşılaşmanın ardından 1 günlük istirahətə buraxılan “Sumqayıt” bu gündən məşqləri bərpa edib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında saat 11:00-da məşqə çıxıb.

 

Bərpa prosesi keçən yeni transfer Elnur Abdullayev fərdi hazırlıqla kifayətlənib. 1,5 saat davam edən məşqdə əsasən toplu çalışmalara üstünlük verilib. 
 

Qeyd edək ki, fevralın 17-də keçiriləcək “Sumqayıt” – “Neftçi” qarşılaşması saat 18:30-da start götürəcək.

Xəbər lenti