[b]“Neftçi” Qarsiya ilə yollarını ayırdı[/b]
25.06.2018 - 14:46
[b]“Neftçi” Qarsiya ilə yollarını ayırdı[/b]

“Neftçi” daha bir futbolçu ilə yollarını ayırıb. Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

 

Bildirilir ki, yarımmüdafiəçi Fransisko Qarsiya ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Paytaxt təmsilçisi ilə müqavilə müddəti gələn ilin yanvarına qədər olan paraqvaylı rəhbərliyin şərtləri ilə razılaşıb və yola salınıb.

 

Qeyd edək ki, Fransisko Xavyer Qarsiya “Neftçi”yə bu ilin əvvəlində ölkəsinin "Serro Portenyo" klubundan keçmişdi.

0