[b]“Neftçi” Rumıniya klubları ilə qarşılaşacaq[/b]
19.06.2018 - 17:42
[b]“Neftçi” Rumıniya klubları ilə qarşılaşacaq[/b]

İyunun 22-dən Türkiyənin Topuk yaylası bölgəsində təlim-məşq toplanışında olacaq "Neftçi”nin iki yoxlama oyunundakı rəqibləri müəyyənləşib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, bakılılar orda ümumilikdə 4 matçda qüvvəsini sınayacaq.

İyunun 28-də Rumıniyanın "Dunarea Kalarasi” klubu ilə qarşılaşacaq “ağ-qaralar” iyulun 5-də bu ölkənin digər təmsilçisi "Politexnika”ya rəqib olacaq.

Qeyd edək ki, “Neftçi”nin Türkiyə toplanışı iyulun 6-dək davam edəcək.

0