[b] “Neftçi” “Sevilya”ya rəqib olsa...[/b]
21.06.2018 - 12:10
[b] “Neftçi” “Sevilya”ya rəqib olsa...[/b]

“Neftçi”nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi “Sevilya”nın hazırlıq proqramı bəlli olub. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, La Liqa klubu iyulun 3-də təlim-məşq toplanışına start verəcək.

 

Komanda II mərhələyə hazırlıq çərçivəsində beynəlxalq turnirə qatılacaq, “Benfika” və “Arsenal” kimi klublarla yoxlama görüşü keçirəcək. Benidormda təlim-məşq toplanışı keçəcək Əndəlüs təmsilçisinin yeni baş məşqçisi Pablo Maçin Avrokubok üçün iki müxtəlif proqram hazırlayıb. Belə ki, “Neftçi” I mərhələdə “Uypeşt” səddini keçib “Sevilya”ya rəqib olsa, ispanlar uzaq səfər üçün hazırlanan plana uyğun hərəkət edəcəklər.

 

Qeyd edək ki, “Neftçi” ilk rəqibini üstələsə, II təsnifat mərhələsində “Sevilya” ilə birinci oyununu iyulun 26-da səfərdə, cavab görüşünü isə avqustun 2-də evdə keçirəcək.

0