[b]“Neftçi” üçün bu yerdə olmaq ayıbdı” – Rəşad Sadiqov[/b]
24.09.2017 - 22:00
[b]“Neftçi” üçün bu yerdə olmaq ayıbdı” – Rəşad Sadiqov[/b]

“Neftçi” Azərbaycan Premyer Liqasının VI turunda səfərdə “Qəbələ”yə 1:2 hesabı ilə məğlub oldu. Apasport.az saytının məlumatına görə, oyundan sonra qonaqların yarımmüdafiəçisi Rəşad Sadiqov jurnalistlərin suallarını cavablandırıb.

 

- Matç haqqında nə deyə bilərsiz?

- Bilirsiz ki, “Qəbələ” səfəri həmişə çətin olur. Buna baxmayaraq, məncə, pis oyun alınmadı. İlk hissədə 2 qol buraxmaq bir az pis oldu. Toparlanmaq asan olmadı. Bir qol vura bildik. Bəxtimiz gətirmədi, adi səhvlərdən qol buraxdıq. Yaxşı kombinasiyalı hücumla qol vurmadılar. Öz səhvlərimizdən üzüldük. İnşallah komandamız düzələcək. Tərlan Əhmədov bunu bacaracaq. Çətinliklər çoxdu, ancaq bunun üzərində çox işləyir.

 

- "Neftçi"də çatışmayan nədir?

- Çatışmayan psixoloji durumdu. Ardıcıl məğlubiyyətlər futbolçuya pis təsir edir. Elə oyunçular olur ki, bu mərhələni aşa bilir, ancaq çox adam bacarmır. Bu vacib amildi.

 

- Neftçiyə gəlməyinin səbəbi nə oldu?

- Tərlan müəllim dəvət etdi, mən də gəldim. “Neftçi” üçün bu yerdə olmaq ayıbdı. Kömək etmək üçün burdayam. 

 

- Zirədə intizamsızlıq etdin və ayrıldın. Bu barədə nə deyə bilərsən?

- Bu barədə çox danışdıq. Artıq hər şey keçmişdə qalıb. İntizamsızlıq etməmişəm, sadəcə, xarakterlərimiz tutmadı. Sağollaşıb ayrıldıq. 

 

- Komanda ilə, taktika ilə bağlı müdaxilə eləmişdin nəsə?

- Xeyr, elə şey ola bilməz. Bir çox məşqçilərlə işləmişəm, heç kim deyə bilməz ki, Rəşad belə şey deyib.

 

- İlk dövrə başa çatmaq üzrədir. İlk qələbəni qazana biləcəksiniz?

- Qışa qədər xal qazanmağa çalışacağıq. Bu vəziyyətdən çıxmalıyıq. Daha sonra isə avrokuboklara vəsiqə üçün yarışacağıq.

0