17 Fevral 20:23 “Neftçi” uduzdu, "Qəbələ"dən əzmkar qələbə - YENİLƏNİB
FUTBOL xəbərləri 17 Fevral 20:23
7419 baxış

“Neftçi” uduzdu, "Qəbələ"dən əzmkar qələbə - YENİLƏNİB

Azərbaycan Premyer Liqasında XVI tura start verilib. Apasport.az saytının məlumatına görə, bu gün turun iki görüşü baş tutub.

 

Avrokuboklar uğrunda mübarizə aparan komandalar bir-biriləri ilə üz-üzə gəliblər. İlk olaraq 2-ci, daha sonra isə 4-cü yerə iddia edən klublar qarşılaşıblar.

 

Qəbələdə eyniadlı komanda “Zirə”ni qəbul edib. Roman Qriqorçukun yetirmələri cari mövsüm məğlub edə bilmədiyi rəqibin nəhayət məyus etməyi bacarıb. Bu, o qədər də asan olmayıb. Əvvəlcə qonaqlar hesabı açsalar da, sonradan özündə güc tapan "Qəbələ" iki qol vuraraq yekunda qələbə qazanıb. İzləyicisindən uzaqlaşan "qırmızı-qaralar" ikinci pillədəki yerini möhkəmlədib.

 

Ardından “Sumqayıt”la “Neftçi” münasibətlərinə aydınlıq gətiriblər. Ölkənin ən titullu klubu səfərdən məğlub dönüb. "Kimyaçılar" ilk hissədə vurduğu iki qolla 3 xal qazanıb. "Neftçi" isə Avrokuboklar üçün gərəkli olan 4-cü pillədən bir az da uzaq düşüb.

 

 

Azərbaycan Premyer Liqası

XVI tur

17 fevral (şənbə)

 

“Sumqayıt” – “Neftçi” - 2:0

Qollar: Tural Axundov, 13 (pen.), Amil Yunanov, 17

Qırmızı vərəqə: Rəşad Sadiqov, 61

 

İlk iki dövrədəki oyunlar: 1:0, 1:2

Sumqayıt. Şəhər stadionu

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov (k), 5. Vüqar Bəybalayev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 8. Camal Camalov, 17. Nicat Qurbanov, 25. Süleyman Əhmədov, 39. Tural Bayramlı, 70. Ülvi İsgəndərov, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov

 

“Neftçi”: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 6. Rəşad Sadiqov, 15. Ruslan Abışov (k), 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 10. Derlis Meza Kolli, 11. İqnasio Herrera, 19. Fransisko Qarsiya, 17. Rəhman Hacıyev, 22. Mirabdulla Abbasov
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 7. Namiq Ələsgərov, 20. Elnur Süleymanov,
77. Elvin Sərkərov, 3. Fərid Abbaslı, 9. Lukas Qomes, 25. Kiril Petrov, 26. Ömər Buludov, 12. Mayk Kampaz
Baş məşqçi: Tərlan Əhmədov

 



“Qəbələ” – “Zirə” - 2:1

Qollar: Stiven Monroz, 55; Baqali Dabo, 64 - Aleksandr Dedov,  39

İlk iki dövrədəki oyunlar: 1:1, 1:2

Qəbələ şəhər stadionu

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 8. Qismət Alıyev, 15. Vitali Vernidub, 34. Ürfan Abbasov, 33. Təmkin Xəlilzadə, 10. Ruslan Qurbanov, 28. Stiven Monroz, 19. Filip Ozobiç, 16. Dion Malon, 14. Cavid Hüseynov (k), 9. Baqali Dabo
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 11. Asif Məmmədov, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 74. Yusif Nəbiyev, 45. Famussa Kone
Baş məşqçi: Roman Qriqorçuk

 

"Zirə”: 85. Kamal Bayramov (k), 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 9. Aleksandr Dedov, 14. Tellur Mütəllimov, 17. Vüsal İsgəndərli, 18. Yani Urdinov, 23. Yovan Krneta, 38. İlkin Muradov, 29. Evans Uilyams, 43. Riçard Qadze 
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 7. Sadio Tounkara, 8. Milan Duriç, 10. Orxan Əliyev, 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 16. İbrahim Aslanlı, 39. Sadiq Quliyev, 57. Kənan Zülfüqarov, 77. Mirsahib Abbasov, 88. Elşən Abdullayev
Baş məşqçi:  Ayxan Abbasov


 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

15

12

2

1

25-6

38

2

Qəbələ

16

11

2

3

30-15

35

3

Zirə

16

9

4

3

25-14

31

4

Sumqayıt

16

7

3

6

20-18

24

5

Neftçi

16

6

1

9

18-18

19

6

Səbail

15

4

2

9

10-22

14

7

Keşlə

15

2

3

10

10-25

9

8

Kəpəz

15

2

1

12

10-30

7

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bombardir: Baqali Dabo ("Qəbələ) - 10 qol 

Xəbər lenti