[b]"Neftçi" - "Uypeşt" matçının başlama saatı açıqlandı[/b]
25.06.2018 - 13:16
[b]"Neftçi" - "Uypeşt" matçının başlama saatı açıqlandı[/b]

“Neftçi”nin Avropa Liqasının I təsnifat mərhələsində “Uypeşt”lə keçirəcəyi ilk oyunun stadionu və başlama saatı açıqlanıb. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma iyulun 12-də baş tutacaq.

 

Paytaxt təmsilçisi həmin gün macarları “Dalğa Arena”da qəbul edəcək. Görüş saat 21:00-da start götürəcək.

 

Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 19-da Budapeştdə keçiriləcək.

0