[b]“Neftçi” və “Səbail”in tilsimi qırılacaq?[/b]
23.02.2018 - 20:08
[b]“Neftçi” və “Səbail”in tilsimi qırılacaq?[/b]

Azərbaycan Premyer Liqasının XVII turunda iki oyun baş tutacaq. Apasport.az saytının məlumatına görə, ilk görüşdə “Səbail” “Qəbələ” ilə qarşılaşacaq.

 

Bayıl qəsəbə stadionunda keçiriləcək görüş tərəflər arasında tarixdə 3-cü qarşılaşma olacaq.

 

Azərbaycan Premyer Liqasında bu mövsüm debüt edən qəsəbə təmsilçisi əyalət klubu ilə ilk iki oyununda 1:3 hesabı ilə uduzub. 6 qol vuran “Qəbələ” cəmi 2 dəfə qapısından top çıxarmalı olub.

 

Digər qarşılaşmada isə “Neftçi” ilə “Zirə” qarşılaşacaq. İki komanda arasında buna qədər baş tutan 10 oyunda “ağ-qaralar” qələbə üzünə həsrət qalıblar. Cəmi 3 qol vurmağa müvəffəq olmuş paytaxt klubu buna qarşılıq qapısında 14 qol görüb.

 

Cəmi iki bərabərliyə gücü çatan “Neftçi” son 6 oyundan boynubükük ayrılıb.

0