[b]“Neftçi” və “Zirə” cəzalandı[/b]
20.09.2017 - 12:46
[b]“Neftçi” və “Zirə” cəzalandı[/b]

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının V turunun görüşlərində baş verənlər müzakirə olunub.

 

“Neftçi” ilə qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Zirə” 800 manat cərimələnib.

 

“Ağ-qaralar” isə ikinci sarı vərəqə üzündən meydandan qovulan Mirabdulla Abbasova görə ziyana düşüb. “Neftçi” 200 manat cərimələnibsə, futbolçu 1 oyunluq kənarlaşdırılıb.

0