23 Fevral 13:43 “Neftçi” – “Zirə”: “Bolşe” görməyən hakim
FUTBOL xəbərləri 23 Fevral 13:43
2916 baxış

“Neftçi” – “Zirə”: “Bolşe” görməyən hakim

Azərbaycan Premyer Liqasının XVII turunun “Neftçi” – “Zirə” arasında mərkəzi oyununu Ramil Diniyev idarə edəcək. Apasport.az saytının məlumatına görə, bu matç onun cari mövsümdə təyinat aldığı 7-ci çempionat qarşılaşmasıdı.

 

Belə ki, Diniyev arxada qalan 16 turda 6 dəfə baş hakim kimi meydana çıxıb. Daha çox – 4 dəfə “Keşlə” və “Səbail”lə yolları kəsişən referinin fit çaldığı matçlarda meydan amili hiss olunmayıb. 2 dəfə meydan sahibləri, 2 dəfə qonaqlar qalib gəlibsə, digər iki görüşdə heç-heçə qeydə alınıb.

 

Cəmi 9 qol izləyən Diniyevin idarə etdiyi matçlarda meydan sahibləri 4, qonaqlar 5 dəfə fərqlənib. Lakin hakim bir oyunda 2-dən çox qol, yəni “bolşe” görməyib. O, 3 dəfə 1:0, 2 dəfə 1:1, 1 dəfə 2:0-a şahidlik edib.

 

Baş hakimi olduğu qarşılaşmalarda 17 sarı vərəqə verən referi 8 dəfə meydan sahibi, 9 dəfə qonaqları cəzalandırıb. “Qırmızı”dan qaçan Diniyevin təyin etdiyi yeganə penalti də dəqiq olmayıb. “Keşlə” “Səbail”lə ev görüşündə belə şansı qaçırıb.

 

“Neftçi” – “Zirə” matçının hakimi bu komandaları da izləməyi bacarıb. O, hər klubun bir səfər matçında fit çalıb. “Neftçi” II turda “Səbail”ə 0:1 hesabı ilə uduzanda hakim hər tərəfə 2 sarı vərəqə verib. “Zirə” isə XII turda “Keşlə”ni eyni hesabla məğlub edib. Diniyev hərəyə 1 xəbərdarlıq edib.

 

Xəbər lenti