[b]“Neftçi” – “Zirə” matçının başlanma saatı açıqlandı[/b]
14.09.2017 - 16:01
[b]“Neftçi” – “Zirə” matçının başlanma saatı açıqlandı[/b]

Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçiriləcək "Neftçi” – "Zirə” oyununun başlanma saatı açıqlanıb. Apasport.az “ağ-qaralar”ın saytına istinadən xəbər verir ki, sentyabrın 16-da 8-ci km stadionunda baş tutacaq görüş saat 19:00-da start götürəcək.


Bu komandaların əvəzedici heyətləri arasında oyun isə sentyabrın 17-də Binə qəsəbə stadionunda keçiriləcək. Həmin qarşılaşma saat 16:00-da başlanacaq.

 

0