2 İyul 09:06 “Neftçi”də 2 müqavilə
FUTBOL xəbərləri 2 İyul 09:06
475 baxış

“Neftçi”də 2 müqavilə

“Neftçi” daha iki futbolçu ilə müqavilənin müddətini artırıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Soni Mustivar və Namiq Ələsgərov 2019/20 mövsümünün sonunadək “ağ-qaralar”ın formasını geyinəcək.

 

Hər iki oyunçunun əvvəlki müqaviləsinin müddəti 2018/19 mövsümünün sonunda bitəcəkdi. Paytaxt təmsilçisi bu müddəti daha bir il uzadıb.

 

Qeyd edək ki, “Neftçi” bundan əvvəl Ruslan Abışov, Kiril Petrov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov, Rəhman Hacıyev, Anton Krivotsyuk müqavilə yeniləyib.

 

Xəbər lenti

Xəbər lenti