24 Fevral 21:29 "Neftçi"də 9 nömrə olmaq məsuliyyətlidi" - İqnasio Errera
FUTBOL xəbərləri 24 Fevral 21:29
2846 baxış

"Neftçi"də 9 nömrə olmaq məsuliyyətlidi" - İqnasio Errera

Azərbaycan Premyer Liqasının XVII turunda "Zirə"ni qəbul edən "Neftçi" rəqibi ilə qollu bərabərə (1:1) qalıb. "Ağ-qaralar"ın yeganə qoluna imza atan İqnasio Errera matçdan sonrakı brifinqdə apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Paltardəyişmə otağından gec çıxmağınız nə ilə bağlıdı? Baş məşqçi iradlarını bildirirdi?

- Orda danışılanlar komandadaxili məsələlərdi. Bu barədə açıqlama vermək məcburiyyətində deyiləm. O ki qaldı oyuna, 90 dəqiqə "vuruşduq", rəqibin qapısından qol da keçirdik. Buna baxmayaraq, 2 xal itirdik. Buna üzülürəm. Amma həvəsdən düşmək olmaz. Artıq "Qəbələ" ilə qarşılaşmaya köklənmək lazımdı.

 

- Qol epizodunda vurduğunuz zərbə zamanı qapıçının konsentrasiyanı itirdiyini hiss etmişdiniz?

- Xeyr, bunu görmədim. Sadəcə olaraq, zərbə vurmağa hazır idim. Sınadım, top da tora düşdü. Düzdü, çalışıram çox vaxt cinah ötürmələrinə üstünlük verim, komandaya xeyir verim. Bu gün qolla fərqləndim. Rəqib də zəif komanda deyil, uzun müddətdi layiqli oyun göstərir.

 

- Seqoviya və Barqas etimadı doğrultmayıb, komandadan ayrıldılar. Yeni gələnlər barədə nə deyə bilərsiniz?

- Hər bir yeni oyunçunun həm komandaya, həm çempionata, həm də ölkəyə uyğunlaşma dövrü lazımdı. Yeni transferlər də çalışırlar ki, tez bir zamanda adaptasiya olunsunlar, xeyir versinlər. Bu prosesi mən də, Seqoviya da, Barqas da keçib. Transferlərimizdən çox şey gözləyirəm. İnanıram ki, komanda üçün uğurlu olacaqlar.

 

- Gedənlərin burdakı karyeraları niyə uğurlu alınmadı?

- Komandada 9 nömrə olmaq məsuliyyətli işdi. Bir neçə oyunda istənilən nəticə əldə olunmayanda dəyişikliklər olur. Bizdə də belə oldu. Nikolas Kanales də bura gələndə ilk 2-3 görüşü çox pis keçirmişdi. Hamı onu tənqid etməyə başladı. Lakin həmişə çempionatın bombardirləri sırasında oldu.