[b]“Neftçi”də növbəti təyinat[/b]
21.02.2018 - 11:35
[b]“Neftçi”də növbəti təyinat[/b]

“Sumqayıt”ın baş meneceri Ceyhun Sultanov “Neftçi”yə yollanıb. Bu barədə apasport.az saytına sabiq yarımmüdafiəçi özü məlumat verib.

 

O bildirib ki, bundan sonra “ağ-qaralar”ın uğurları üçün çalışacaq. Sultanov paytaxt təmsilçisində idman direktoru vəzifəsini icra edəcək. Gənc mütəxəssis bu gündən yeni klubunda işə başlayıb.

 

Qeyd edək ki, bir neçə gün əvvəl “Sumqayıt”ın prezidenti Kamran Quliyev “Neftçi”yə prezident təyin edilmişdi.

0