[b]“Neftçi”dən azarkeşlərə sürpriz[/b]
16.04.2018 - 14:20
[b]“Neftçi”dən azarkeşlərə sürpriz[/b]

"Neftçi" azarkeşlərə sürpriz edib. Apasport.az klubun rəsmi saytına istinadən məlumat verir ki, mövsümün ən vacib ev oyununa – Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Neftçi” – "Qəbələ” qarşılaşmasına giriş sərbəst olacaq.

 

Aprelin 18-i saat 20:00-da 8-ci km stadionunda başlayacaq görüşü azarkeşlər biletsiz izləyə biləcəklər.

0