[b]“Neftçi”dən əzmkar qələbə - YENİLƏNİB[/b]
12.07.2018 - 22:49
[b]“Neftçi”dən əzmkar qələbə - YENİLƏNİB[/b]

2018-19 mövsümündə Avrokubok mübarizəsinə ən son qoşulan Azərbaycan klubu “Neftçi” olub. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində digər təmsilçilərimizdən 1 saat gec meydana çıxıb.

 

Bakılılar “Dalğa Arena”da “Uypeşt”lə üz-üzə gəlib. Macarıstan təmsilçisi ilə görüş “Neftçi”də baş məşqçi debütü ilə yadda qalıb. Belə ki, matç Roberto Bordinin bu postda “siftə”si olub.

 

Yay fasiləsində heyətində ciddi dəyişikliklər edən “Neftçi” səfər öncəsi sərfəli nəticə əldə etməyi bacarıb. Halbuki hesabı qonaqlar açıb. Bununla belə, bakılılar bunun əvəzini 3 topla çıxaraq, əzmkar qələbə qazanıb.

 

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

 

12 iyul

“Neftçi” (Azərbaycan) – “Uypeşt” (Macarıstan) - 3:1

Qollar: Baqali Dabo, 24, 72; Emin Mahmudov, 90+2 - Daniel Nad, 9

Sarı vərəqələr: Baqali Dabo, 62; Emin Mahmudov, 66 - Robert Litauski, 78

Hakimlər: Dennis Yohan Hiqler, Yoost van Zuilen, Yohan Balder, Siemen Mulder (hamısı Hollandiya)

Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan)

UEFA nümayəndəsi: İvan Tsitoviç (Rusiya)

Bakı. “Dalğa Arena”

“Neftçi” (Azərbaycan): 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Qoran Paratski, 7. Namik Ələskərov (8. Emin Mahmudov, 42), 9. Baqali Dabo (11. Kvame Karikari, 90+1), 10. Dario Frederiko, 15. Ruslan Abışov (k), 17. Rəhman Hacıyev (28. Slavko Braliç, 77), 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov, 93. Soni Mustivar

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 4. Rəşad Eyubov, 18. Tural Axundov, 22. Mirabdulla Abbasov

Baş məşqçi: Roberto Bordin

“Uypeşt” (Macarıstan): 1. Filip Payoviç, 5. Robert Litauski (k), 8. Benjamin Çeke, 10. Donat Şoter (2. Kristof Şuts, 74), 18. Boyan Sankoviç, 19. Miyuşko Boyoviç, 21. Benjamin Balaş, 26. Daniel Nad (99. Viktor Angelov, 90+1), 49. Branko Paulyeviç, 68. Dzenan Burekoviç, 86. Soma Novotnı (9. Patrik Tişler, 81)

Ehtiyat oyunçular: 35. Benke Gundel-Takaş, 27. Benke Pavkoviç

Baş məşqçi: Neboyşa Vinyeviç

0