[b]“Neftçi”dən kənarlaşdırılan inzibatçı aclıq aksiyasına başlayır: Kamran Quliyev xanımıma...[/b]
23.07.2018 - 12:55
[b]“Neftçi”dən kənarlaşdırılan inzibatçı aclıq aksiyasına başlayır: Kamran Quliyev xanımıma...[/b]

Kamran Quliyevin "Neftçi"yə prezident təyin edilməsindən sonra bir çox şəxs işdən qovulub. Hazırda bu proses davam edir. Apasport.az sportfm.az saytına istinadən xəbər verir ki, komandanın aşağı yaş qruplarında məşqçi kimi çalışan Kənan Mahmudov və inzibatçı Xəyyam Nəzərli işdən çıxarılıb.


Bu haqda danışan Nəzərli ailə vəziyyətinin acınacaqlı olduğunu bildirib. 6 ildi "Neftçi"də can qoyduğunu, ancaq sonda səbəbsiz yerə qovulduğunu deyən 41 yaşlı Nəzərli bu gedişlə aclıq elan edəcəyini söyləyir: "Mənim himayəmdə özümlə bərabər 6 nəfər var. 2 övladımdan biri skolioz xəstəsidi. Uşaqlıqdan iflic olan baldızıma da mən baxıram. Ailədə tək işləmək qabiliyyəti olan mənəm. İşdən çıxarılmağımın səbəbini öyrənmək üçün bazaya getdim. Məni içəri buraxmadılar. Axırda həyat yoldaşımı ora göndərməli oldum. 5 saat gözlədikdən sonra Kamran Quliyevin qəbuluna düşüb. Vitse-prezident Elnur Eyvazov da orda olub. Təbii ki, heç bir səbəb izah edə bilməyiblər. Həyat yoldaşımın yanında 2 mühafizəçi oturub. Bu, dəhşətdi. Biz bəyəm terroristik, yoxsa düşmən?! Belə getsə, bazanın qarşısında aclıq elan edəcəm. Biz ailəliklə "Neftçi"liyik. Azyaşlı oğlum da "Neftçi"də oynayır. İndi onu məşqə aparanda mənə deyirlər "çıx bayıra". Halbuki, digər valideynlər məşqi rahatca izləyir. Mənim qovulmağımda Mehman Ələmovun ("Neftçi"nin futbol akademiyasında inzibati işlər üzrə menecer - red.) "böyük əməyi" var. Onu komandaya Elnur Məmmədov gətirib".


Qeyd edək ki, klubdan qovulan 14 yaşlıların baş məşqçisi Kənan Mahmudovun yerinə İlyas Qurbanov gətirilib. 

 

0