[b]"Neftçi"dən nümunəvi ziyarət - FOTO[/b]
22.03.2018 - 19:48
[b]"Neftçi"dən nümunəvi ziyarət - FOTO[/b]

"Neftçi” PFK-nın rəhbərliyi, məşqçi və futbolçu heyəti "Autizmlilər” İdman Klubu İctimai Birliyini ziyarət edib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, autizmli uşaqlar və onların müəllimlərinə, eyni zamanda klubun rəhbərliyinə Novruz bayramı münasibətilə "Neftçi” adından təbriklər çatdırılıb.

 

Tədbirdə iştirak edən "ağ-qaralar”ın prezidenti Kamran Quliyev bayram günlərində baş tutan ziyarətdən məmnunluq ifadə edib, kluba gələcək fəaliyyətində uğurlar arzulayıb. Daha sonra komandanın üzvləri uşaqlarla birgə yaşıl meydanda futbol oynayıb, qapıya zərbələr vurublar.

 

Tədbirin sonunda "Autizmlilər” İdman Klubu İctimai Birliyinin sədri Elnur Məmmədli "Neftçi” PFK-ya diqqətə görə təşəkkür edib.

0