[b]“Neftçi”dən yeni transfer[/b]
24.06.2018 - 01:11
[b]“Neftçi”dən yeni transfer[/b]

“Neftçi” daha bir futbolçu transfer edib. Apasport.az saytının məlumatına görə, komanda xorvatiyalı yarımmüdafiəçi Qoran Paratski ilə müqavilə imzalayıb.

 

31 yaşlı yarımmüdafiəçi növbəti mövsümün sonuna qədər “Neftçi”nin heyətində olacaq. Yeni futbolçu 6 nömrəli forma ilə mübarizə aparacaq.


Qeyd edək ki, Qoran Paratskinin son klubu Avstraliyanın "Vellinqton Feniks” klubu olub. Ölkəsinin gənclər yığmalarında forma geyinib.

0