[b]“Neftçi”ni bu matçdan sonra hesabdan silməyək” - Pavel Dreksa[/b]
12.08.2017 - 00:13
[b]“Neftçi”ni bu matçdan sonra hesabdan silməyək” - Pavel Dreksa[/b]

Azərbaycan Premyer Liqasının ilk oyununda “Qarabağ”la qarşılaşan və 1:3 hesabı ilə məğlub olan “Neftçi”ın yarımmüdafiəçisi Pavel Dreksa matçdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb:

 

- Məğlub olduğunuz oyunla bağlı hansı məqamları qeyd etmək istərdiniz?

- Yaxşı start olmadı. Amma işimizi davam etdirməli, pozitiv olmalıyıq. Növbəti oyunlar haqda düşünməli, qələbə qazanmaq üçün əlimizdən gələni etməliyik.

 

- Avstriya toplanışından sonra komandada çox şeyin müsbətə doğru dəyişəcəyi gözlənilirdi. Amma köhnə hamam, köhnə tasla qarşılaşdıq...

- Bu, mənim üçün çox çətin sualdı. Ancaq siz də bilirsiniz ki, “Qarabağ” çox güclü komandadı. Onlar gələn həftə Çempionlar Liqasının pley-off mərhələsində çıxış edəcəklər.  Üstəlik, biz də oyun zamanı bir neçə ciddi səhvə yol verdik. Məğlubiyyətin də əsas səbəbi budu.

 

- Hər şeyin yaxşıya doğru dəyişəcəyinə inanırsınız?

- Bu, ilk oyunumuz idi. “Neftçi”ni bu matçdan sonra hesabdan silməyək. Daha çox çalışmalıyıq və ikinci turdakı oyunda mütləq qələbə qazanmalıyıq.

 

- “Qarabağ”a qarşı bir neçə dəfə oynamısız. Ötən illə müqayisədə çoxmu dıəyişiklik var? Sizcə, “Qarabağ” “Kopenhagen”i keçə biləcəkmi?

- “Qarabağ”da ciddi dəyişiklik yoxdu. Ötən ilki sistemlə oynayırlar. əlbəttə, “Kopenhagen”i udmaq üçün şansları var. “Qarabağ”a uğurlar arzulayram.

 

0