[b]“Neftçi”nin həsrəti 11-ə çatıb, 6-da dayandı[/b]
25.02.2018 - 13:22
[b]“Neftçi”nin həsrəti 11-ə çatıb, 6-da dayandı[/b]

Azərbaycan Premyer Liqasının XVII turunda “Neftçi” doğma meydanda “Zirə” ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Komandalar arasında Premyer Liqa çərçivəsində bu oyuna qədər baş tutan 10 oyunda “ağ-qaralar” rəqibinə qalib gələ bilməmişdi. Bu nəticə ilə bərabər “flaqman”ın həsrəti 11 matça çatıb.

 

Amma bərabərlik “Neftçi” üçün uğursuz seriyanın qırılması baxımından əlamətdar olub. Ardıcıl 6 oyunda “Zirə”yə boyun əyməli olan, hətta 1 xala da həsrət qalan komanda nəhayət bu uğursuzluğa “Dur!” deməyi bacarıb.

 

Qeyd edək ki, “Neftçi” sonuncu dəfə 2016-cı il aprelin 23-də öz meydanında “Zirə”yə uduzmamışdı (0:0).

0