[b]“Neftçi” qələbə ilə başladı - YENİLƏNİB[/b]
24.06.2018 - 19:53
[b]“Neftçi” qələbə ilə başladı - YENİLƏNİB[/b]

Türkiyənin Topuk yaylası bölgəsində təlim-məşq toplanışının ikinci mərhələsinə davam edən “Neftçi” bu gün ilk yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” Makedoniyanın "Şkupi” komandası ilə qarşılaşıb.

 

Bakı vaxtı ilə 18:00-da başlanan görüş "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Yoxlama oyunu

24 iyun

 

“Neftçi” (Azərbaycan) – “Şkupi” (Makedoniya) - 2:0

Qollar: Namik Ələskərov, 62, Mirabdulla Abbasov, 86

Türkiyə. Topuk yaylası.

 

“Neftçi”: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 7. Namik Ələskərov, 8. Emin Mahmudov, 9. Baqali Dabo, 10. Dario Federiko, 15. Ruslan Abışov, 17. Rəhman Hacıyev, 21. Məhəmməd Mirzəbəyov, 25. Kirilo Petrov, 93. Soni Mustivar

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 77. Elvin Sərkərov, 73. Nail Alışov, 70. Əli Şirinov, 51. Elçin Əsədov, 37. Vüsal Əskərov, 36. Xəlil Bəşirov, 28. Slavko Braliç, 26. Ömər Buludov, 22. Mirabdulla Abbasov, 18. Tural Axundov, 6. Qoran Paratski, 4. Rəşad Eyubov

Baş məşqçi: Roberto Bordin

0