[b]“Neftçi”nin mənimlə maraqlanması çox xoş oldu” [/b] - FOTO
06.07.2017 - 14:08
[b]“Neftçi”nin mənimlə maraqlanması çox xoş oldu”  [/b] - FOTO

"Böyük tarixə malik klubun mənimlə maraqlanması çox xoş oldu. Həm də "Neftçi”nin hazırkı vəziyyətini görəndə, komandanın maksimum uğur qazanması üçün kömək etmək istədim. Ona görə ki, "Neftçi”nin həmişə yaxşı komanda olduğunu, yüksək yerlər tutduğunu bilirik”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yeni transferi Məhəmməd Mirzəbəyov deyib.

 

Azərbaycan millisinin də şərəfini qoruyan 26 yaşlı müdafiəçi “Neftçi TV”yə açıqlamasında bildirib ki, maksimum nəticə qazanmaq arzusundadı: “Ümid edirəm ki, bu mövsüm özümüzü yaxşı tərəfdən göstərəcəyik. Buradakı uşaqların çoxunu tanıyıram. Bəziləri ilə "Qəbələ”də, bəziləri ilə "Sumqayıt”da oynamışam. Ruslan Abışovla birgə "Qəbələ”də çıxış etmişəm. O, çox yaxşı futbolçu, çox yaxşı insandı. Sözləri, əməlləri ilə həmişə dəstək olur, kömək edir. Komandada sənə dəstək olan, məsləhət verə bilən adamların olması yaxşıdı. Kollektivə gəlincə, uşaqlar çox sadədilər. Ən vacibi budu ki, heç kim özünü ulduz kimi aparmır, hamı, sadəcə olaraq, öz işini görür. Buna görə də hamı üçün asandı. İlk növbədə, öz bacarığımı maksimum səviyyədə göstərmək istəyirəm. Hamının – azarkeşlərin, klub rəhbərliyinin, məşqçilər heyətinin, doğmalarımın ümidlərini doğrultmaq, bacardığımın ən yaxşısını ortaya qoymaq, maksimum nəticə qazanmaq üçün əlimdən gələni edəcəyəm”.

 

Qeyd edək ki, Mirzəbəyov 2016/2017 mövsümünü “Qəbələ”də keçirib.

 

0