[b]“Neftçi”nin məşqində sürpriz qonaqlar - FOTOSESSİYA[/b]
26.09.2017 - 22:00
“Neftçi” Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində “İnter”lə keçiriləcək oyunun hazırlığına start verib. Apasport.az saytının məlumatına görə, klubun təlim-məşq bazasındakı meydançada baş tutmuş məşqdə sürpriz qonaqlar da olub.
Belə ki, Autizm və İnkişaf Mərkəzindən gəlmiş uşaqlar da hazırlıqda iştirak ediblər. Qonaqlar komanda üzvləri ilə xatirə şəkli çəkdiriblər.
0
0