[b]“Neftçi”nin növbəti rəzaləti[/b]
20.07.2018 - 10:34
[b]“Neftçi”nin növbəti rəzaləti[/b]

“Neftçi” Avropa Liqası ilə darmadağınla vidalaşıb. Apasport.az saytının məlumatına görə, I təsnifat mərhələsinin “Uypeşt”lə Macarıstandakı qarşılaşmasında alınan 0:4 hesablı yenilgi “ağ-qaralar”ın avrokubok tarixinə 7-ci darmadağın kimi düşüb.

 

1995-ci ildə qitə səhnəsində debüt edən bakılılar bunadək 6 dəfə ağır məğlubiyyət almışdı.

 

“Neftçi” sonuncu belə məğlubiyyətə 6 il öncə üzülüb. 2012-ci ildə paytaxt klubu İsraildə “Hapoel”dən (Kiryat-Şmona) 4 qol buraxmışdı. 2178 gündən sonra böyük hesaba üzülən bakılılar yenə eyni fərqlə - 4 top fərqilə uduzub.

 

“Neftçi”nin avrokuboklardakı böyük hesablı məğlubiyyətləri

Kuboklar kuboku

10 avqust 1995. APOEL (Kipr) – “Neftçi” - 3:0

UEFA kuboku

24 iyul 1996. “Lokomotiv” (Sofiya, Bolqarıstan) – “Neftçi” - 6:0

Çempionlar Liqası

30 iyul 1997. “Vidzev” (Polşa) - “Neftçi” - 8:0

Çempionlar Liqası

26 iyun 2005. “Anderlext” (Belçika) – “Neftçi” - 5:0

Çempionlar Liqası

13 iyul 2011. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Neftçi” - 3:0

Çempionlar Liqası

1 avqust 2012. “Hapoel” (Kiryat-Şmona, İsrail) – “Neftçi” - 4:0

Avropa Liqası

19 iyul 2018. “Uypeşt” (Macarıstan) – “Neftçi” – 4:0

 

 

0