22 Fevral 18:47 “Neftçi”nin oyunu təxirə salındı
FUTBOL xəbərləri 22 Fevral 18:47
435 baxış

“Neftçi”nin oyunu təxirə salındı

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında bir oyun təxirə salınıb. Apasport.az saytı Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən xəbər verir ki, XVII tur çərçivəsində keçirilməli olan “FK.İD.Futsal” – “Neftçi” İK oyunu fevralın 24-də baş tutmayacaq.

 

Qarşılaşma qeyri-müəyyən vaxta təxirə salınıb. Buna səbəb “FK.İD.Futsal” komandasının oyunçularının səhhətində problem yaranmasıdı. 


Qeyd edək ki, cari mövsümdə ilk təxirəsalma XV turda baş verib. “Neftçi” İK – “Yasamal” İK matçı da qeyri-müəyyən vaxta təxirə salınıb.

Xəbər lenti