[b]“Neftçi”nin qəddarlığı macar “qoşunları”ndan azdı”[/b]
19.07.2018 - 11:27
[b]“Neftçi”nin qəddarlığı macar “qoşunları”ndan azdı”[/b]

“İlk oyun göstərdi ki, azərbaycanlıların sürətli oyunçuları var. Onlar təhlükəli hücumlar etməyi bacarırlar. Bu səbəbdən rəqibin burda fərqlənməməsinə də diqqət yetirmək lazımdı”. Apasport.az saytının məlumatına görə, bunu “Uypeşt”in baş məşqçisi Neboyşa Vinyeviç deyib.

 

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Bakıda “Neftçi”yə 1:3 hesabı ilə məğlub olan Macarıstan təmsilçisi bu gün öz meydanında cavab matçına çıxacaq.

 

Oyunöncəsi mətbuat konfransında Vinyeviç iddialı danışıb. Serbiyalı mütəxəssis “Neftçi”nin keçilməz rəqib olmadığını bildirib: “Neftçi” Bakıda buraxdığımız səhvlərdən istifadə edib, bunu üstünlüyə çevirdi. Halbuki, rəqibin macar “qoşunları” ilə müqayisədə qəddarlığı az idi. Təəssüf ki, ötən həftə ən yaxşı oyunumuzu göstərə bilmədik. Bunda iki futbolçumuzun geri qaytarılmasının və ordakı isti havanın da rolu oldu. İlk görüşə fiziki cəhətdən də tam hazır deyildik. Ancaq geridə qalan bir həftə ərzində bu yöndə irəliləyişə nail olmuşuq. İndi həm fiziki, həm də psixoloji cəhətdən “döyüşə” hazırıq. Əlbəttə ki, iki cavabsız qol vurmaq çətin olacaq. Ancaq futbolçularımın il ərzində birlikdə çıxış etmələrini nəzərə alıb, onların maksimum səviyyələrini ortaya qoyacaqlarına inanıram”.

 

Qeyd edək ki, Budapeştdə keçiriləcək “Uypeşt” – “Neftçi” görüşünün start fiti Bakı vaxtı ilə 23:0-da səslənəcək.

0