16 Fevral 13:13 "Neftçi"nin yeni prezidenti bəlli oldu!
FUTBOL xəbərləri 16 Fevral 13:13
8203 baxış

"Neftçi"nin yeni prezidenti bəlli oldu!

“Neftçi”nin prezidenti Orxan Hüseynzadənin istefasının təfərrüatları məlum olub. Apasport.az saytının əldə etdiyi məlumata görə, 42 yaşlı futbol funksionerinin paytaxt klubundan gedişini SOCAR istəyib.

 

Hüseynzadənin “ağ-qaralar”dakı işi klubun təsisçisini qane etməyib. Buna görə də, onun “Neftçi”dən uzaqlaşdırılmasına qərar verilib.

 

Hüseynzadəni bu postda əvəzləyəcək şəxs də artıq məlumdu. Belə ki, bu gün “Sumqayıt”ın prezidenti vəzifəsindən istefa verən Kamran Quliyev bundan sonra “Neftçi”də eyni işi görəcək.

 

Onun “gənclik şəhəri” təmsilçisindən ayrılması da məhz bununla bağlıdı.