12 Avqust 22:14 Nəsirov oynamadı, komandası uduzdu
FUTBOL xəbərləri 12 Avqust 22:14
508 baxış

Nəsirov oynamadı, komandası uduzdu

Futbol üzrə Portuqaliya çempionatının 2-ci liqasında II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu "Sportinq B" növbəti matçına çıxıb.

 

Lissabon təmsilçisi doğma meydanda "Akademika Vizeu" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

 

Nəsirov matçın iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

 

Qeyd edək ki, "Sportinq" hazırda 3 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.