[b]Neymarı satqın adlandırıb, formasını yandırdılar - VİDEO[/b]
04.08.2017 - 11:48
[b]Neymarı satqın adlandırıb, formasını yandırdılar - VİDEO[/b]

Neymarın PSJ-yə keçidi “Barselona” azarkeşlərinin kəskin narazılığına səbəb olub. Apasport.az saytı “Marca”ya istinadən xəbər verir ki, braziliyalı futbolçunun qərarı Kataloniya klubunun fanatlarında qıcıq yaradıb.

 

Sosial şəbəkədə bu narazılığı əks etdirən video paylaşılıb. Belə ki, “Barsa”nın bir qrup azarkeşi Neymardan acıqlarını onun formasını yandırmaqla çıxıblar. Onlar Braziliya yığmasının üzvünü satqın adlandırıblar.

 

25 yaşlı hücumçu yeni komandasında 10 nömrəli formada çıxış edəcək. PSJ-nin 222 milyon avro qarşılığında heyətinə qatdığı Neymar dünyanın ən bahalı futbolçusu adına yiyələnib. Fantastik məbləğ artıq “Barselona”nın hesabına köçürülüb.

 

Qeyd edək ki, Neymar 2013-cü ildən “Barselona”nın formasını geyinirdi. 

0