[b]"Neymarın transferini Peresdən soruşun" - Unay Emeri[/b]
16.03.2018 - 22:07
[b]"Neymarın transferini Peresdən soruşun" - Unay Emeri[/b]

PSJ-nin baş məşqçisi Unay Emeri komandanın lideri Neymarın "Real"a transferi məsələsi ilə bağlı sualı cavablandırıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssis bu söz-söhbətlərdən artıq bezdiyini bildirib.

 

O, Neymarın Paris klubu üçün böyük layihə olduğunu söyləyib: "Artıq 30-cü dəfədi ki, mətbuat konfransında bu suala cavab verirəm. PSJ uzunmüddətli layihəyə sahibdi və Neymar bunun bir hissəsidi. O, "Real"a keçir? Mən bilmirəm, bunu Florentino Peresdən soruşun".

 

Qeyd edək ki, xarici mətbuat Neymarın yayda "Real"a keçmək istədiyini və "kral klubu"nun prezidenti Florentino Peresin bu keçid üçün 400 milyon avro xərcləməyə hazır olduğunu yazıb

0