[b]Nəzirov və Bum sıraya dönsə də...[/b]
22.02.2018 - 20:25
[b]Nəzirov və Bum sıraya dönsə də...[/b]

Azərbaycan Premyer Liqasının XVII turunda "Neftçi"nin qonağı olacaq "Zirə"nin iki futbolçusu sıraya dönüb. Apasport.az saytının məlumatına görə, qapıçı Anar Nəzirov və müdafiəçi Jozef Bum kollektivlə məşqlərdə iştirak edirlər.

 

Hər iki futbolçu zədəsini tam olaraq sağaldıb. Onların adları "Neftçi" ilə matçın iştirak ərizəsinə daxil ediləcək. Bununla belə, həm Nəzirov, həm də Bumun start heyətində yer alacağı inandırıcı görünmür.

 

Oyun praktikası baxımından əziyyət çəkən futbolçuların əsas heyətə qayıtmaqları üçün əvvəlki formalarını bərpa etmələri lazımdı.

 

Qeyd edək ki, fevralın 24-də keçiriləcək "Neftçi" - "Zirə" matçı saat 18:00-da start götürəcək.

0