[b]O da “Real”dan getmək istəyir[/b]
22.07.2018 - 17:49
[b]O da “Real”dan getmək istəyir[/b]

Kriştianu Ronaldodan sonra daha bir futbolçu “Real”dan ayrılmaq qərarına gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, söhbət Mateo Kovaçiçdən gedir.

 

Xorvatiya millisinin üzvü klubun bazasında yeni baş məşqçi Xulen Lopeteqi ilə görüşüb. Söhbət zamanı 24 yaşlı yarımmüdafiəçi klubunu dəyişmək istədiyini bildirib və transferə çıxarılmasını xahiş edib. Lopeteqi onu saxamağa cəhd etsə də, orta sahə oyunçusu qərarında qəti olduğunu vurğulayıb.

 

Qeyd edək ki, Mateo Kovaçiç “Real”a 2015-ci ildə “İnter”dən keçib.

0