[b]“Olimpiya” Bakıya 20 futbolçu ilə gəlir: 6-sı Lyublyanada qalır[/b]
16.07.2018 - 20:23
[b]“Olimpiya” Bakıya 20 futbolçu ilə gəlir: 6-sı Lyublyanada qalır[/b]

Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın qonağı olacaq “Olimpiya” sabah səhər saatlarında ölkəmizə yola düşəcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Sloveniya çempionu səfərə 20 oyunçu ilə çıxacaq.

 

Baş məşqçi İliya Stolitsa bir neçə oyunçunu ölkədə saxlayacaq. Müdafiəçi Alyaz Krefl və yarımmüdafiəçi Nathan Oduva zədə, hücumçu Abbas İssa zədə ucbatından kollektivdən ayrı qalıblarsa, çalışdırıcı müdafiəçilər Mario Yurçeviç, Adam Yakupoviç və yarımmüdafiəçi Matevj Turkuşa ehtiyac duymayıb.

 

“Olimpiya” Bakıya bu oyunçularla gələcək:

Qapıçılar: 31. Alyaz İvaçiç, 41. Neyts Vidmar

Müdafiəçilər: 44. Dino Ştiqleç, 30. Branko İliç, 27. Aris Zarifoviç, 5. Marko Qayiç, 70. Marko Putinçanin, 3. Makki Baqnak, 4. Leo Eyup

Yarımmüdafiəçilər: 8. Daniyel Mişkiç, 10. Qoran Brkiç, 23. Nik Kapun, 7. Rok Kronaveter, 90. Tomislav Tomiç

Hücumçular: 77. Stefan Saviç, 21. Kinqsli Boatenq, 29. Matiç Çrniç, 22. Haris Kadriç, 95. Daniel Avramovski, 15. Asmir Sulyiç

Baş məşqçi: İliya Stolitsa

 

Qeyd edək ki, iyulun 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiya” matçı 21:00-da start götürəcək. Komandalar arasında ilk qarşılaşmada Azərbaycan təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

0