11 İyul 13:45 “Olimpiya” – “Qarabağ” matçı canlı yayımlanacaq
FUTBOL xəbərləri 11 İyul 13:45
8763 baxış

“Olimpiya” – “Qarabağ” matçı canlı yayımlanacaq

Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Olimpiya” - “Qarabağ” matçı canlı yayımlanacaq. Bu barədə məlumatı apasport.az saytına açıqlamasında klubun meneceri Asif Əsgərov verib.

 

Lyublyanadakı qarşılaşmanı heç bir televiziya kanalı canlı göstərməsə də, Ağdam təmsilçisi yayımı təşkil edəcək. Əsgərov bildirib ki, azarkeşlər matça klubun rəsmi saytı vasitəsilə baxa biləcəklər. O, yayımın keyfiyyətinin yüksək olacağını vurğulayıb.

 

Qeyd edək ki, “Olimpiya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 22:00-da başlayacaq.