[b]“Olimpiya” Yan Oblakın kabusu ilə qarşılaşacaq”[/b]
20.06.2018 - 11:50
[b]“Olimpiya” Yan Oblakın kabusu ilə qarşılaşacaq”[/b]

“Olimpiya”nın Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”a rəqib olması Sloveniya mətbuatında geniş müzakirəyə səbəb olub. Apasport.az saytı xəbər verir ki, həmkarlarımız cütlüyün favoriti qismində “Qarabağ”ı görürlər.

Ağdam klubunun ötən mövsüm Çempionlar Liqasında çıxış etdiyini xüsusi vurğulayan yerli KİV maraqlı bir məqama da toxunub. Belə ki, Azərbaycan çempionu qrup mərhələsində “Atletiko”nu büdrətdiyindən, onlar “Qarabağ”ı sabiq yetirmələri olan Yan Oblak üçün arzuolunmaz rəqib hesab ediblər.

Bu mənada sloveniyalılar Lyublyana klubunun növbəti mərhələ şansını yüksək qiymətləndirmirlər: “Qarabağ” Avropa təcrübəsi olan komandadı. Heyətində güclü legionerlər çıxış edir. Ötən mövsüm Çempionlar Liqasında “ölüm qrupu”na düşmüşdülər və orda “Atletiko”dan 2 xal almağı bacarmışdılar. Yəni “Olimpiya” bu klubun yetirməsi olan Yan Oblakın kabusuna çevrilən komanda ilə qarşılaşacaq. Bu baxımdan son illər Avropada kifayət qədər uğurlu təsir bağışlayan “Qarabağ”ı üstələmək asan olmayacaq”.

Qeyd edək ki, “Olimpiya” ilə “Qarabağ” arasında ilk oyun iyulun 11-də Lyublyanada, cavab qarşılaşması isə 18-də Bakıda keçiriləcək.

0