21 Aprel 17:41 Ölkə kubokunun püşkü atıldı - FOTOSESSİYA
FUTBOL xəbərləri 21 Aprel 17:41
661 baxış

Ölkə kubokunun püşkü atıldı - FOTOSESSİYA

Bu gün futzal üzrə ölkə kubokunun 2017-18 mövsümünün püşkü atılıb. Apasport.az-ın Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, reqlamentə əsasən 14 komandanın yarışacağı kubok oyunlarına 1/8 final mərhələsindən start veriləcək.

 

Yüksək Liqada ilk 2 pilləni tutan “Araz” və “Marafon Futsal” mübarizəyə 1/4 final mərhələsindən başlayacaq.

 

Aprelin 25-də Olimpik Starda keçiriləcək 1/8 final mərhələsinin oyun cədvəli belədi:

12:00. VİP FK – “Neftçi” İK

13:30. “FK. İtaldizain Futsal” – “Yasamal”

15:00. EKOL - “Gilan”

16:30. ADBTİA - “Avanqard”

18:00. “Romana” – “Yasamal-2”

19:30. “Standard” – “Hell Energy”

 

1/4 final mərhələsində qarşılaşacaq çütlüklər:

“Araz” - “Romana”/“Yasamal-2” cütünün qalibi

“Marafon Futsal” - “FK. İtaldizain Futsal”/“Yasamal” cütünün qalibi

“Standard”/“Hell Energy” cütünün qalibi – ADBTİA/“Avanqard” cütünün qalibi

VİP FK/“Neftçi” İK cütünün qalibi – EKOL/“Gilan” cütünün qalibi

Xəbər lenti