20 Oktyabr 20:34 “Onların ikisi də cəzalanacaq” – Samir Əliyev
FUTBOL xəbərləri 20 Oktyabr 20:34
3806 baxış

“Onların ikisi də cəzalanacaq” – Samir Əliyev

Azərbaycan Premyer Liqasının IX turunda evdə “İnter”ə qalib gələn (1:0) “Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransı təşkil edilib. Apasport.az saytının məlumatına görə, Əliyev birbaşa sualları cavablandırıb.

 

- “Neftçi” ilə oyundan sonra komandanı toparlamaq çətin olmadı ki?

- Bəli, çətinlik çəkdik. “Neftçi” bizə əsl şok yaşatdı. Bir neçə yeni futbolçuya şans vermişdim. Əsas məqsədimiz o idi ki, qol buraxmayaq. Sevindirici haldı ki, əvvəlki oyunlardan fərqli olaraq, bu dəfə qol buraxmadıq. Qarşıda bizi “Qəbələ” və “Qarabağ”la çətin matçlar gözləyir.

 

- Elton əvvəlcə Nurlan Novruzovla, sonra isə Maudo Jarjue ilə mübahisə etdi. Bildiyimiz qədər ilə onun klub rəhbərliyində təmsil olunan şəxslərlə yaxınlığı var. Sanki futbolçu onlara arxalanaraq meydanda bu cür hərəkətlər edir...

- Elton komandanın kapitanıdı. Bu məsələylə bağlı futbolçularla danışacağıq. Hər iki oyunçunu cəza gözləyir. Bizim əsas məqsədimiz intizam yaratmaqdı. Statistikaya nəzər salsaq, görərik ki, çempionatda ən az sarı vərəqə alan komandalardanıq. Bu gün də heç nədən iki sarı vərəqə aldıq. Komandada heç kim başqasından artıq deyil. Futbolçularımızın da hamısı təxminən eyni səviyyədədi. Elton keçən oyunda ehtiyatda qalmışdı. Bunun da bəzi səbəbləri var idi. Bu cür hallara yol verə bilmərik.

Xəbər lenti