12 Dekabr 18:45 “Onu çox bəyənirəm” - Matteus
FUTBOL xəbərləri 12 Dekabr 18:45
398 baxış

“Onu çox bəyənirəm” - Matteus

Almaniya yığmasının sabiq futbolçusu Lotar Matteus “Tottenhem”in hücumçusu Harri Keyn haqda açıqlama verib. Apasport.az saytının məlumatına görə, “Goal” nəşrinə danışan “Bavariya”nın keçmiş üzvü ingilis forvardı tərifləyib.

 

O, Keynin Avropanın istənilən klubunda oynamaq gücündə olduğunu bildirib: “Avropada hamı Harridən danışır. “Tottenhem”i Çempionlar Liqasında “Yuventus”la oyunlar gözləyir. Bu matçlardan sonra İtaliyada da Keyn haqda danışılacaq. Onu çox bəyənirəm. Baş məşqçi olsaydım, dərhal Keyni alardım. Həmin mövqedə yalnız Robert Levandovskini ondan üstün tuturam. Amma Keyn gəncdi və getdikcə daha da güclənəcək. Harri “Real” və “Barselona” da daxil olmaqla, Avropanın istənilən klubunda oynaya bilər. Mənim buna şübhəm yoxdu”.

 

Qeyd edək ki, Harri Keyn “Tottenhem”də ümumilikdə 185 oyun keçirib və 117 qola imza atıb. 

Xəbər lenti

Xəbər lenti