12 Yanvar 12:35 “Onunla Azərbaycanda xüsusi vaxt keçirmişəm” – millimizin sabiq məşqçisi
FUTBOL xəbərləri 12 Yanvar 12:35
693 baxış

“Onunla Azərbaycanda xüsusi vaxt keçirmişəm” – millimizin sabiq məşqçisi

“Berti Foqts Azərbaycanda çalışdığımız dönəmdə məşqçi kimi mənə çox şey qazandırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin keçmiş məşqçisi Olaf Yansen deyib.

 

Almaniya mətbuatına müsahibə verən IV Bundesliqa klubu “Viktoriya Köln”ün baş məşqçisi yığmamızda köməkçisi olduğu Berti Foqtsla bağlı fikirlər də səsləndirib.

 

O, məşqçi kimi püxtələşməsində Foqtsun rolununun danılmaz olduğunu söyləyib: “Bertidən çox şey öyrənmişəm. O, hər zaman bizimlə olub. Həm futbolçu, həm də məşqçi kimi təcrübəsi məni heyran edib. Onunla Azərbaycanda xüsusi vaxt keçirmişəm”.

 

Qeyd edək ki, Berti Foqts 2008-2014-cü illərdə Azərbaycan millisini çalışdırıb.

Xəbər lenti