[b]Pavel Paşayevin komandası “Şaxtyor”u məğlub etdi[/b]
18.11.2017 - 10:18
[b]Pavel Paşayevin komandası “Şaxtyor”u məğlub etdi[/b]

Ukrayna çempionatında XVI tura start verilib. Apasport.az saytı xəbər verir ki, turun açılış matçında yığmamızın futbolçusu Pavel Paşayevin komandası “Aleksandriya” səfərdə lider “Şaxtyor”la qarşılaşıb.

 

Matç qonaqların 2:1 hesablı sürpriz qələbəsi ilə yekunlaşıb.

 

Paşayevin adı “18-liy”ə daxil edilməyib.

 

Qeyd edək ki, 16 oyunda 15 xal toplayan “Aleksandriya” turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.

0