[b]Paytaxt derbisi 1 manata[/b]
23.02.2018 - 13:01
[b]Paytaxt derbisi 1 manata[/b]

Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində keçiriləcək "Neftçi” – "Zirə” oyununun biletləri fevralın 24-də satışa çıxarılacaq. Apasport.az “ağ-qaralar”ın saytına istinadən xəbər verir ki, qiymət VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir.

 

Biletləri 8-ci km stadionunun kassalarından və arenanın ərazisindəki rəsmi fan-şopdan əldə etmək mümkündü.


Qeyd edək ki, fevralın 24-də keçiriləcək paytaxt derbisi saat 18:00-da başlanacaq.

0