19 Sentyabr 16:50 PFL “Kəpəz”in xahişini yerinə yetirdi
FUTBOL xəbərləri 19 Sentyabr 16:50
1080 baxış

PFL “Kəpəz”in xahişini yerinə yetirdi

“Kəpəz” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət ünvanlayaraq, Azərbaycan Premyer Liqasının VI turunun “Kəpəz” – “Səbail” görüşünün yerinin dəyişdirilməsini xahiş edib. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, Gəncə şəhər stadionunda təmir işlərinin getdiyini və “Səbail” klubunun razılıq məktubunu nəzərə alan qurum qarşı tərəfin istəyini yerinə yetirib.


Nəticədə “Kəpəz” – “Səbail” matçının sentyabrın 23-də “Dalğa Arena”da keçirilməsi qərara alınıb.

VI turda meydan sahibi kimi “Səbail”, bu komandaların iştirakı ilə ikinci dövrənin matçında isə meydan sahibi kimi “Kəpəz” təsdiq edilib.  

Xəbər lenti