[b]Polşa millisində yeni baş məşqçi[/b]
12.07.2018 - 16:34
[b]Polşa millisində yeni baş məşqçi[/b]

Polşa milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, DÇ-2018-dəki uğursuzluqdan sonra Adam Navalka ilə yollarını ayran futbol federasiyası Jeji Brjeçeklə anlaşıb.

 

47 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb. Onun son iş yeri Plotsk “Visla”sı olub.

 

Bejeçek futbolçu kimi də Polşa yığmasında çıxış edib. O, 1992-99-cu illərdə formasını geyindiyi millidə keçirdiyi 42 matçda 4 qol vurub.

 

0