24 Fevral 10:43 Poqba ölkəsində birincidi
FUTBOL xəbərləri 24 Fevral 10:43
253 baxış

Poqba ölkəsində birincidi

Fransanın ən yüksək ödənişli idmançılarının siyahısı açıqlanıb. Apasport.az saytı “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, siyahıya “Mançester Yunayted”in futbolçusu Pol Poqba başçılıq edir.

 

25 yaşlı yarımmüdafiəçinin ötən il gəliri 22,2 milyon avro olub. Bununla da Poqba siyahının əvvəlki lideri Toni Parkeri qabaqlayıb. Tanınmış basketbolçunun keçənilki gəliri isə 19,7 milyon avroya bərabərdi.   

 

Qeyd edək ki, siyahıda ilk “üçlüy”ü “Atletiko”nun futbolçusu Antuan Qrizmann (19,1 milyon avro) tamamlayır.

Xəbər lenti