[b]Poqbanın qərarı qətidi: “Yuventus”, yoxsa “Barselona”?[/b]
18.07.2018 - 09:59
[b]Poqbanın qərarı qətidi: “Yuventus”, yoxsa “Barselona”?[/b]

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba klubunu dəyişməkdə qərarlıdı. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, ulduz futbolçu “Yuventus”a qayıtmaq niyyətindədi.

 

Joze Mourinyonun rəhbərliyi altında oynamaq istəməyən Fransa millisinin üzvü “qoca sinyora” rəhbərliyinə bununla bağlı müraciət edib. O, “Yuve”nin yeni transferi Kriştianu Ronaldo ilə birlikdə oynamağın əleyhinə deyil. Çempionlar Liqasını qazanmağı hədəfləyən turinlilər də 25 yaşlı oyunçunun dönüşünü arzulayırlar.

 

Ancaq Poqbanın keçidində maraqlı olan digər klub “Barselona” artıq “Mançester Yunayted”lə danışıqlara başlayıb. İspaniya nəhəngi bu transfer üçün 150 milyon avro ayırıb.

 

Qeyd edək ki, Pol Poqba “Mançester Yunayted”ə 2016-cı ildə 105 milyon avroluq rekord məbləğ qarşılığında məhz “Yuventus”dan keçmişdi.

0