[b] “Porno filmi izləmək üçün yaş həddini xatırlatdım” - FOTO[/b]
08.11.2017 - 11:20
[b] “Porno filmi izləmək üçün yaş həddini xatırlatdım” - FOTO[/b]

“Lion”un yarımmüdafiəçisi Nabil Fekir növbəti dəfə diqqət mərkəzinə düşüb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Fransa millisinin üzvü bu dəfə açıqlaması ilə tənqid obyektinə çevrilib.

 

Liqa 1-in XII turunda “Sent-Etyen”lə səfər qarşılaşmasının son dəqiqələrində qol vuran 24 yaşlı oyunçu formasını çıxararaq, azarkeşlərə tərəf uzadıb. Bundan qəzəblənən yerli azarkeşlər meydana axın edərək, matçın dayandırılmasına səbəb olmuşdular.

 

Həmin hərəkətlə insanları təxribata çəkmək fikrində olmadığını bildirən “18 nömrə”nin açıqlaması vəziyyəti daha da gərginləşdirib: “Zarafat etmirəm. Formanı göstərərək, “Sent-Etyen” qarşısında çəkdiyimiz porno filmi izləmək üçün tələb olunan yaş həddini insanlara xatırlatmaq istədim”.

 

Qeyd edək ki, “Lion”un 5:0 hesabı ilə qalib gəldiyi matçda dubl edən Nabil Fekir formasını çıxardığı üçün sarı vərəqə almış və dərhal əvəzlənmişdi.

 

 

 

 

 

0